Bakı Dövlət Universitetinin Tarix fakültəsində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayır
7 yanvar 2024-cü ildən etibarən Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayacaq.
İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) keçiriləcək.
Bakalavriatura səviyyəsində 76 qrup üzrə 1894 tələbə, magistratura səviyyəsində isə 26 ixtisaslaşma üzrə 160 magistrant imtahanda iştirak edəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.