Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır. THİK universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmalası, yataqxana ilə təmin olunmalası, universitetin daxili nizam-intizam qaydalarına riayət etməsi, tələbələrin asudə vaxtlarının dəyərləndirilməsi, yay düşərgələrinin təşkili, universitetin ictimai həyatı və elmi cəhətdən fərqlənən THİK fəallarının mükafatlandırılması istiqamətində fəaliyyət göstərir.
Fakültə Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə aşağıdakılar daxildir:
- 1.Hüquqi yardım və maarifləndirmə – THİK-nin ilk vəzifəsi hər bir tələbəyə onun hüquqlarının pozulmasının qarşısını almağa kömək edəcək əsas hüquqi normaları çatdırmaqdır.
- 2.Mədəni-kütləvi işlər – THİK bütün əyləncəli tədbirlər, həmçinin teatrlara, muzeylərə, kinoteatrlara və konsertlərə səfərlərin daxil olduğu mədəni-kütləvi işlər həyata keçirir.
- 3.Təşkilati işlər - Həmkarlar ittifaqı komitəsinin iclasını keçirmək, yeni tədbirlər təşkil etmək, Həmkarlar İttifaqı biletlərini təqdim etmək, bütün protokolları yoxlamaq və s. THİK-nin təşkilati işlər dairəsinə daxil olan işlərdir.
- THİK tələbə gənclərin könüllü şəkildə uşaq evlərinə səfərlərində, müxtəlif konfrans və olimpiadaların keçirilməsi zamanı gələn qonaqlarla işin təşkilində yardım, eləcə də bir çox digər sahələrdə könüllü olaraq fəaliyyət göstərməsi işində iştirak edir.
- Sosial təminat – Sanatoriyalara göndərişlər, maddi yardım, tələbələrin sağlamlaşdırılması, idman tədbirlərinin təşkili, Donor Günü və sosial işin bir çox digər aspektləri THİK-nin sosial təminat sahəsində gördüyü işlər sırasındadır.
Tarix fakültəsi tələbə həmkarlar ittifaqı komitəsinin strukturu
Sədr
- Ələkbərli Əli Seyfəddin oğlu
Müavinlər
- Mehdiyev Əsgər Əkbər oğlu
Büro üzvləri
- Mehdizadə Gülarə Nofəl qızı
- Əsgərova Səbinə Alim qızı
- Miriyev Şahrəddin Vaqif oğlu
- Haqverdiyeva Rəhilə Elçin qızı
- Bağırova Ülviyyə Nazim qızı
- Kərəmova Aynur Ədalət qızı