Tədris laboratoriyaları

Tarix fakültəsində 1 tədris laboratoriyası vardır. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunmuşdur.

Kafedralar Tədris laboratoriyalarının sayı Tədris-köməkçi heyətin sayı
TARİX, DİL, TƏDRİS  və METODİKA MƏRKƏZİ 2 2 laborant

MƏRKƏZ HAQQINDA:

Tarix və Dil, Metodika Mərkəzi 1989-cu ildə yaradılsa da, 1991-ci ildən 1/137 saylı əmr ilə Tarixi tədqiqatlarda EHM və riyazi üsulların tətbiqi laboratoriyasının mənbəşünaslıq elmi ilə bağlılığını nəzərə alaraq Mənbəşünaslıq, tarixşünaslıq və tarixin tədrisi üsulu kafedrasının nəzdində fəaliyyət göstərmişdir.1998-ci ildən isə Tarix fakültəsinin “Tarixi tədqiqatlarda EHM və riyazi üsulların tətbiqi” tədris laboratoriyasında “Riyaziyyat” kafedrasına dərs verildiyindən “Tarix və Dil, Metodika Mərkəzinə çevrilmişdir. 2001-ci il 1/190 saylı əmr ilə Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən “Dünya azərbaycanlıları (tarixi demoqrafiya)”, “Azərbaycanın maddi-mədəniyyət tarixi” və “Tarixi tədqiqatlarda kompyuter” elmi-tədqiqat laboratoriyasının əsasında 3 bölmədən ibarət  “Azərbaycanşünaslıq” Elmi-Tədqiqat  Mərkəzinə köçürüldü.

ELMİ FƏALİYYƏT İSTİQAMƏTİ:

  • Dünya elminin inkişafı kontekstində Azərbaycanda elmin inkişafının tarixi təcrübəsini, qanunauyğunluqlarını, meyllərini, metodoloji və sosial problemlərini ümumiləşdirmək;
  • Dünya ölkələri ilə Azərbaycanın müxətlif sahələrdə əlaqələrinin tarixi inkişafı, təcrübəsi, vəziyyətini araşdırmaq;
  • Azərbaycanın elmi, texnoloji və innovativ potensialının formalaşdırılması və səmərəli istifadəsi, yerli elmin Avropa və dünya elmi sistemlərinə inteqrasiyası üçün təşkilati, iqtisadi və informasiyaların işlənib hazırlanması və təkmilləşdirilməsinə dəstək vermək;
  • Metodiki, elmi-təşkilati, proqnozlaşdırıcı-analitik və tədris-metodiki qurum funksiyalarını yerinə yetirmək
  • Tarix və Dil, Metodika mərkəzin vəzifəsi BDU-nun müvafiq fakültə və kafedralar arasında tədrislə bağlı sıx əlaqə yaratmaq, xarici ölkələrlə əlaqə yaratmaqdır.

ELMİ-TƏŞKİLATİ İŞLƏR: 

  • Mərkəz Fakültənin ictimai işlərində fəal iştirak edir. O cümlədən xarici ölkələrlə (Türkiyə) ilə əlaqə yaradaraq, müxtəlif jurnallarda redaksiya heytəyinə dəstək olur. Buna misal olaraq Bayramova Bircənin Tükiyə Cümhuriyyətində yayımlanan beynəlxalq indeksli “İnsan ve Toplum Bilimleri Akademi Dergisi”ndə  (www.intoba.org) “Freedom (Hürriyet) Marches in Turkestan” adlı məqaləyə anonim rəyçi kimi çıxış etməsini misal göstərə bilərik.
  • Həmçinin 2022-ci ildə çap edilən “Azıx-mağarası-Homo nəslinin beşiyidir: Məmmədəli Hüseynovun tədqiqatları” kitabının redaksiya heyətlərinin üzvləridirlər.

1. Bircə Əfqan qızı Bayramova

2. Arzu Hüseyn qızı İmanlı

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət