
Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial layihələrin, mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.
Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərir. Universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları ilə bağlı təcrübələr əldə edirlər.Bugünə qədər “BDU Könüllüləri” təşkilatının təşəbbüsü ilə müxtəlif səpkili 250-dən çox tədbir keçirilib. Hal-hazırda “BDU Könüllüləri” təşkilatının 100-ə yaxın könüllüsü Universitetin müxtəlif struktur bölmələrində minimum 3 ay olmaqla aktiv fəaliyyət göstərirlər.
Universitetin könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbir, sosial layihə və humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. Bunun bariz nümunəsi kimi Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyada 450-dən artıq BDU könüllüsü iştirak edib.
"BDU Könüllüləri" təşkilatı könüllülük sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Eyni zamanda gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə səy göstərir.
BDU-da könüllülük hərəkatının daha da genişləndirilməsi, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Bakı Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il 27 oktyabr tarixli iclasında könüllük proqramı və BDU-da könüllülük fəaliyyəti qaydaları təsdiq edilməklə “BDU könüllüləri” təşkilatına rəsmi status verilib."BDU könüllüləri" Tarix fakültəsi üzrə idarə heyəti:
"BDU könüllüləri" təşkilatının Tarix fakültəsi üzrə sədri: - Qaflanov Vüsal İlqar oğlu
Fakültə üzrə sədr müavini: - Quliyeva Ayşən Dadaş qızı
Təcrübə könüllüləri üzrə məsul şəxs - Məmmədov Murad Vaqif oğlu
Könüllülərlə iş üzrə məsul şəxs - Əhmədli Fatimə Fəqani qızı
Mətbuat departamenti üzrə məsul şəxs - Hacıyeva Əminə Fuad qızı
Layihə departamenti üzrə məsul şəxs - Fətiyeva Ləman Elmar qızı
Sənədlərlə iş üzrə məsul şəxs - Əliyeva Nəzrin Ələkbər qızı
İdarə heyətinin üzvü - Tahirzadə Həqiqət Mustafa qızı
İdarə heyətinin üzvü - Xeyrullayev İsrayıl Vüqar oğlu