Tarix fakültəsi 105 illik fəaliyyət tarixi ərzində yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu təhsil və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və mədəniyyətin inkişafına güclü təkan vermişdir.
Müasir dövrün tələblərinə cavab verən tarixçi kadrların hazırlanması istiqamətində yeni, mühüm tədbirlər həyata keçirilmişdir:
Tarixçi tələbələrin dil və kompüter hazırlığına, nadir ixtisaslar üzrə (tarixi demoqrafiya, mənbəşünaslıq, tarixşünaslıq, muzeyşünaslıq, diyarşünaslıq, etnologiya) mütəxəssislər hazırlanmasına diqqət artırılmış, bu məqsədlə yeni elmi bölmələr, mərkəzlər və kafedralar yaradılmış və Tarix fakültəsinin qəbul planı artırılmışdır.
Tarix fakültəsində hazırlanan kadrlar Respublikanın dövlət orqanları, elm və təhsil müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Hazırda fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
Bakalavriat |
Magistratura |
Doktorantura |
050214 - Tarix |
060206 - Tarix |
5502.01 - Ümumi tarix |
050116 - Tarix müəllimliyi |
060111 - Tarix müəllimliyi |
5503.02 - Vətən tarixi |
050212 - Regionşünaslıq (Qafqaz üzrə) |
060211 - Regionşünaslıq |
5503.01 - Ölkələr tarixi |
050212 - Regionşünaslıq (Amerika üzrə) |
060207- Antropologiya |
5507.01 - Beynəlxalq münasibətlər tarixi |
|
|
5508.01 - Tarixi coğrafiya |
|
|
5509.01 - Tarixşünaslıq, mənbəşünaslıq və tədqiqat üsulları |
|
|
5101.01 - Mədəni antropologiya |
|
|
5102.01 - Etnoqrafiya və etnologiya |
Fakültədə təhsil forması əyani və qiyabidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.