Fakültənin beynəlxalq əlaqələri

Tarix fakültəsi Qazaxıstan Respublikasının L.Qumilyov adına Milli Avrasiya Universitetinin Sosial Elmlər Fakültəsi, Türkmənistan Dövlət Universiteti (TDU) ilə əməkdaşlıq edir.

31 may 2021-ci ildə Türkmənistan Dövlət Universitetinin (TDU) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Махтумкули Фраги и духовно - культурные взаимосвязи между туркменским и азербайджанскими народами” (Mahtumquli Firaki və türkmən və azərbaycan xalqları arasında mədəni - mənəvi əlaqələr)  mövzusunda onlayn formatda universitetlərarası elmi konfrans keçirilmişdir. Türkmənistan Dövlət Universitetinin Elmi hissənin müdiri Murad Xodjakuliyevin moderatorluğu ilə keçirilən görüşdə Türkmən ədəbiyyatı kafedrasının müdiri, f.ü.f.d., dosent Amannepes Şixnepesov, Xarici ədəbiyyat kafedrasının müdiri f.ü.f.d., dosent Romanquli Mustaqov, Arxeologiya və etnoqrafiya kafedrasının baş müəllimi, t.ü.f.d. Bikə Divanqulıyeva, BDU-nun əməkdaşlarından Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Arxeologiya və etnoqrafiya kafedrasıının müəllimləri, t.e.d. Tarix Dostiyev, t.ü.f.d. Qanira Pirquliyeva iştirak etmişlər.

Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllimi, t.ü.f.d. Əliyeva-Məmmədova G. ABŞ-ın nüfuzlu nəşirlərindən olan “Journal of Political Science and International Relations” jurnalının (USA, editorial member), redaksiya heyətinə üzv dəvət olunaraq qəbul edilmişdir. (ISSN Print: 2640-2769, ISSN Online: 2640-2785). Müddət: 10 noyabr 2020-ci il - 10 noyabr 2022- ci il.

Tarix fakültəsinin:

  • Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasıSlavyan ölkələri tarixi kafedraları Jeşuva Universitetinin Tarix İnsitutu ilə əməkdaşlıq edir.
  • Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası Ukrayna,”Kiyev-Moqilyanska Akademiyası” Milli Universitetinin Humanitar elmlər fakültəsi ilə əməkdaşlıq edir.
  • Qədim dünya və orta əsrlər tarixi kafedrası Varşava Universiteti Şərqşünaslıq fakültəsinin Türkologiya və Mərkəzi Asiya xalqları kafedrasının nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi ilə əməkdaşlıq edir.
  • Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Universiteti, postsovet məkanında Beynəlxalq münasibətlər kafedrası, İsveçin Uppsala Universiteti, ABŞ-nin Vaşinqton Universiteti, Türkiyə Cümhuriyyəti Sakarya, Düzcə, Ağrı Univesitetləri ilə əməkdaşlıq edir.
  • Asiya və Afrika ölkələri tarixi kafedrası Ankara Üniversitesi, TOBB Ekonomi ve Teknoloji Üniversitesi, Gazi Üniversitesi, Hacı Bayram Veli Üniversitesi, Kahramanmaraş Sütçü İmam Üniversitesi, Ankara Yıldırım Beyazit Üniversitesi, Hacettepe Üniversitesi, Ege Üniversitesi, Kapadokya Üniversitesi, Erzurum Atatürk Üniversiteti ilə əməkdaşlıq edir.
  • Türk xalqları tarixi kafedrası Türkiyənin Uludağ Universitetinin (Bursa) İqtisadi və İdari Bilimlər Fakültəsinin “Beynəlxalq münasibətlər” bölümü “Siyasi tarix” və  Manisa Calal Bayar Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin Tarix bölümü Qədim dünya tarixi kafedrası ilə əməkdaşlığını uğurla davam etdirir.
  • "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının dosenti Sevinc Qasımova Türkiyədə türk və rus dillərində nəşr olunan "Akademik Tarih ve Düşünce Dergisi”nin redaktorlarından biri, “Sınırsız Eğitim ve Araştırma Derneyi”nin Elmi Cəmiyyətinin üzvüdür.
  • "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının dosentləri Sevinc Qasımova və Mətanət Məmmədovanın Akdeniz Üniversiteti “Edebiyyat Fakültesi Türk dili ve Edebiyyatı” fakültəsi ilə əməkdaşlıq edir.
  • Azərbaycan tarixi təbiət fakültələri üzrə kafedrasında İstanbul Universitetindən göndərilən Anar Can Kıtay Azərbaycanın qədim və orta əsrlər dövrü üzrə II kurs magistraturada təhsil alır, elmi rəhbəri Zabil Bayramov, mövzusu "Azərbaycan dövlətçilik tarixində Qacarların yeri və rolu (XI-XVIII yüzilliklər)" olaraq müəyyənləşdirilmişdir
  • Azərbaycan tarixi təbiət fakültələri üzrə kafedrasının əməkdaşı dosent Lalə Əliyeva Özbəkistan Milli Universitetitnin dosenti Xamidova Mühəbbət Səməndər qızının tarix elmləri doktoru (DSc) dərəcəsi almaq üçün “Özbəkistan ərazisində Əmir Teymur və Teymurilər dövrü memarlıq abidələrinin tarixi” mövzusunda “07.00.01 – Özbəkistan tarixi” ixtisası üzrə dissertasiyasının avtoreferatına rəy vermiş və müfadiədə onlayn iştirak etmişdir.
  • Azərbaycan tarixi təbiət fakültələri üzrə kafedrasının dosenti Lalə Əliyeva Moldova Dövlət Pedaqoji Universitetinin təşkil etdiyi Beynəlxalq Elmi Konfransın Elmi Təşkilat Komitəsinin üzvü, Türkiyə Cumhuriyyəti ULAKBİM tərəfindən tanınmış KKCT Yaxın Doğu Universitetinin çap etdirdiyi beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü (https://dergipark.org.tr/tr/pub/ijacc/board) olmuşdur.
  • Azərbaycan tarixi təbiət fakültələri üzrə kafedrasının dosenti Lalə Əliyeva  tərəfindən EU4 Dialogue Programme əsasında təşkilatçı tərəfinin nümayəndələri olan Finlandiya təmçilçisi olan Tanya Timmenen, britaniyalı professor Ceremi Smit, eləcə də Gürcüstan, Ermənistan və Moldovanı təmsil edən tarixçilərlə görüşlər keçirilmiş və fikir mübadiləsi aparılmışdır.
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət