Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
|
- Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
- Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
- Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
- Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
- Tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;
- Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
- Təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması.
Bakı Dövlət Universiteti Tarix Fakültəsi Tələbə Gənclər Təşkilatnın fəaliyyətinə aşağıdakılar aiddir:
- Fakültədə görüşlərin keçirilməsi
- Fakültədə mədəni kütləvi tədbirlərin keçirilməsi
- Fakültədə müxtəlif konfransların keçirilməsi
- Fakültədə tələbələrin hüquqlarının qorunması
- Fakültədə xeyriyyə işlərinin həyata keçirilməsi
- Təşkilat nəzdində yaradılmış klubların fakültədə fəaliyyətinin həyata keçirilməsi
- Təşkilatda həyata keçirilən layihələr haqqında fakültənin məlumatlandırılması
Bakı Dövlət Universiteti Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının sədri: Qəhrəmanlı Elcan Elnur oğlu
Sədrin müavinləri:
Fəaliyyətin təşkili üzrə müavin: Yusifov Rəvan Qədir oğlu
Layihələrin təşkili üzrə müavin: Hüseynzadə Əliəkbər Nurəddin oğlu
İdarə heyəti:
1.Salahova Aydan Elçay qızı
2.Bayramlı Nigar Mətləb qızı
3.Cavadova Gülçin Kənan qızı
4.Ələsgərli Rəvan Çingiz oğlu
5.Abdullayeva Fatimə Sahib qızı
6.Feyzullayeva Rəfiqə Hümmət qızı
7.İsmayılova Güntən Vahid qızı
8.Mehdiquliyeva Ayan Habil qızı
9.Səfərova Aytac Arif qızı
10.Əsgərova Nəzrin Xəyal qızı
11.Hadıyev Əkbər Əşrəf oğlu