BDU-nun Tarix fakültəsinin tələbələrinin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.
Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir:
- Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər
- Tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi, elmi dərnəklərin təşkili
- Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 iyun 2014-cü il tarixli, 752 saylı əmri ilə təsdiq edilmiş “Tələbə Elmi Cəmiyyəti haqqında nümunəvi Əsasnamə”yə görə fəaliyyət göstərən təşkilat könüllü olaraq, tələbələrin elmi araşdırmalara cəlb edilməsini, tələbələrlə müəllimlər arasında qarşılıqlı elmi əlaqələrin yaradılmasını, elmi-təşkilati tədbirlərin həyata keçirilməsində fakültə rəhbərliyinə köməklik edilməsini qarşıya məqsəd kimi qoymuşdur. Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi, elmi yaradıcılığın təbliği, tələbələrdə elmi metodların öyrənilməsinə stimul yaradılması, tədqiqatçılıq qabiliyyətlərinin artırılması kimi vəzifələrin həlli üçün fakültə TEC-in işi daha da gücləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi konfranslarda məruzələri dinlənilir. Magistrantların beynəlxalq elmi konfranslarda iştirakına köməklik edilir. Hər il savadlı, elmi axtarışlara meylli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvü var, onlardan bir çoxu müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.
TEC mütəmadi olaraq tələbələrin elmi müzakirələrəa cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.
Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:
Sədr – Nigar Səfərova Nəriman qızı
Sədr müavini – Əlisahib Cəfərov
Sədr müavini – Nəzrin Qədəşova
Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyəti:
Əfsanə Vəliyeva
Elcan Əhmədov
Əkbər Hadiyev
Elvira Nuri
Güllü Həsənzadə
Nizam Bəkirov
Uğur Qismətli
2021-ci il üzrə elmi seminarlar
2022-ci il üzrə elmi seminarlar