TƏLƏBƏ-MÜƏLLİM HEYƏTİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB
Bu gün, 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, Bakı Dövlət Universitetinin kollektivi rektor Elçin Babayevin rəhbərliyi altında Şəhidlər Xiyabanını ziyarət etmişdir.
Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, dekan müavinlərii və kafedra müdirləri, habelə tələbə-müəllim heyəti də ziyarətçilər arasında olmuşdur.
Ziyarətçilər tərəfindən şəhidlərimizin xatirəsi ehtiramla yad edilmiş və məzarları üzərinə gül dəstələri düzülmüşdür.