Tarix fakültəsi, Azərbaycan Respublikasının ali, ümumtəhsil və orta ixtisas məktəbləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanması ilə yanaşı, tarix elminin aktual problemlərinə dair elmi-tədqiqat işləri aparılması istiqamətində də fəaliyyət göstərir.
Tarix fakültəsinin əsas elmi istiqaməti Azərbaycan və ümumdünya tarixinin aktual məsələlərinin, onların mənbəşünaslığı və tarixşünaslığının, arxeoloji-etnoqrafik-antropoloji araşdırmaların nəticələrinin, Tarix fənninin tədrisi metodikası və metodologiyasının müasir istiqamətlərinin tədqiqindən ibarətdir.
Tarix elminin əsas istiqamətləri:
- Azərbaycanda arxeoloji-etnoqrafik tədqiqatların tarixi və müasir inkişaf perspektivləri
- Antropologiya, mədəni antropologiya və etnologiya elminin əsas məsələləri
- Ən qədim dövrlərdən XXI əsrin ilk onilliklərinədək Azərbaycan tarixinin əsas məsələləri
- Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
- Qədim Azərbaycanın Şərq ölkələri və antik dünya ilə əlaqələri
- Orta əsrlərdə Avropa ölkələrinin qarşılıqlı ticarət, siyasi və mədəni əlaqələrində Azərbaycanın yeri və rolu
- Avropa və Amerika ölkələrinin yeni və müasir tarixinin, beynəlxalq münasibətlər tarixinin mühüm hadisələrinin tədqiqi
- Müasir dövrdə Yaxın Şərq və Şərqi Asiya ölkələrinin beynəlxalq münasibətlər sistemində rolunun araşdırılması
- Slavyan ölkələri tarixinin (ən qədim zamanlardan günümüzədək) aktual problemləri
- Türk xalqları tarixinin qədim dövrlərdən günümüzə qədər aktual problemləri
- Qafqaz xalqları tarixinin qədim dövrlərdən günümüzə qədər aktual problemləri
- Tarix fənninin tədrisi metodikası və metodologiyası