“Zəfərə gedən yol” mövzusunda tədbir keçirilmişdir.
29 sentyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının “Gənc Qafqazşünaslar” dərnəyinin Anım gününə həsr olunmuş “Zəfərə gedən yol” mövzusunda tədbir keçirilmişdir.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə Tarix fakültəsinin professor- müəllim heyəti, kafedra müdirləri və tələbələri iştirak etdilər.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov və Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova tədbir iştirakçılarını salamladı.
Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov çıxışında Qafqaz xalqları tarixi kafedrasının təşkil etdiyi tədbiri yüksək qiymətləndirdi və belə tarixi günlərlə bağlı görüşlərin keçirilməsinin vacib olduğunu qeyd etdi.
Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova öz çıxışında tələbə gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, Azərbaycan dövlətçiliyinə, Vətənə, xalqa bağlı, milli təəssübkeşlik hislərini özündə daşıyan əsl vətəndaş formalaşdırılmasının zəruri olduğunu vurğuladı. Qafqaz xalqları tarixi kafedrasının “ Gənc Qafqazşünaslar” dərnəyinin növbəti tədbirinin məhz bu məqsəd və amallara xidmət etdiyini qeyd etdi.
Sonra çıxışlar üçün söz Tarix fakültəsinin, Regionşünaslıq ixtisasında təhsil alan “Gənc Qafqazşünaslar” dərnəyinin üzvlərinə verildi.
Abdullayeva Nəzrin, Bədəlzadə İrşad “Zəfərə gedən yol”, Həsənova Gülmərcan “ II Qarabağ Müharibəsi və onun tarixi siyasi əhəmmiyəti”, Babaşova Zəhra “Hadrut Əməliyyatı”, Hacıyev Murad “Vətən uğrunda ölən varsa, vətəndir”, Şirinova Sevinc “Şuşanın azad edilməsi,hərbi sənətin yüksək zirvəsi”, Məmmədov Tunar “2023-cü ildə baş verən antiterror əməliyyatı, suverenliyimizin bərqərar olunması” mövzularında elmi məruzələr ilə çıxış etdilər. Hər bir elmi məruzə maraqlı musiqi nömrələri və şeirlərlə müşayiət olunmuşdur.
Tədbirin sonunda zalda olan bütün tələbə-gənclərin iştiraki ilə “Yaşa, mənim xalqım” adlı musiqi kompozisiyasının ifası ilə yekunlaşdı.