Tarix fakültəsinin I kurs tələbələri BDU-nun Tarixi Muzeyini ziyarət ediblər
-lg.jpg)
02.10.2026 tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən “Ekskursiya” klubunun təşkilatçılığı ilə Tarix fakültəsinin I kurs tələbələri BDU-nun Tarixi Muzeyini ziyarət ediblər.
Ziyarətin məqsədi tələbələri universitetin zəngin tarixi, elmi və mədəni irsi ilə yaxından tanış etmək olub. Ekskursiya zamanı tələbələrə BDU-nun yaranma və inkişaf tarixi, universitetin elm və təhsil sahəsində rolu, görkəmli alim və ziyalıların fəaliyyəti barədə məlumat verilib.
Tələbələr muzeydə nümayiş olunan tarixi sənədlər, fotoşəkillər, arxiv materialları və müxtəlif eksponatlarla tanış olublar. Ekskursiya zamanı onları maraqlandıran suallar cavablandırılıb və universitetin tarixi ilə bağlı fikir mübadiləsi aparılıb.