Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Hüseyn Hüseynlinin elmi məqaləsi nüfuzlu “Journal of Balkan and Near Eastern Studies” jurnalında dərc olunub

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Hüseynlinin elmi məqaləsi nüfuzlu “Journal of Balkan and Near Eastern Studies” jurnalında dərc olunub.
Beynəlxalq *Taylor & Francis* nəşriyyatında yayımlanan məqalə “From Bilateral Engagement to Regional Strategy: The Transformation of Türkiye’s South Caucasus Policy (2002–2021)” (“İkitərəfli əməkdaşlıqdan regional strategiyaya: Türkiyənin Cənubi Qafqaz siyasətinin transformasiyası (2002–2021-ci illər)”) adlanır.
Tədqiqatda Türkiyənin 2002–2021-ci illərdə Cənubi Qafqaz siyasətinin təkamülü diplomatiya, enerji, nəqliyyat, təhlükəsizlik və ictimai əlaqələr olmaqla beş əsas istiqamət üzrə təhlil edilir. Məqalədə Türkiyənin regional siyasətinin formalaşması və inkişaf xüsusiyyətləri yeni analitik yanaşma əsasında araşdırılır.