Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə “Ekskursiya” klubunun birgə təşkilatçılığı ilə İstiqlal Muzeyinə ekskursiya keçirilib
-lg.jpg)
17.10.2026-cı il tarixində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsi Tələbə Gənclər Təşkilatı və Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən “Ekskursiya” klubunun birgə təşkilatçılığı ilə İstiqlal Muzeyinə ekskursiya keçirilib.
Ekskursiyanın əsas məqsədi tələbələrin Azərbaycanın müstəqillik tarixi və dövlətçilik ənənələri haqqında biliklərini genişləndirmək, milli tariximizə və tarixi-mədəni irsimizə marağı artırmaq olub.
Ziyarət zamanı tələbələr Azərbaycanın müstəqillik tarixini əks etdirən eksponatlarla tanış olub, ölkəmizin dövlətçilik tarixinin mühüm mərhələləri haqqında məlumat əldə ediblər.