"Qarabağ şəhərlərində yaşayış evlərinin əsas tipləri" mövzusunda elmi seminar keçirmişdir
-lg.jpg)
Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedranın müəllimi t.ü.f.d. Əsədova Əmanət Allahverən qızı beşillik elmi plana uyğun olaraq "Qarabağ şəhərlərində yaşayış evlərinin əsas tipləri" mövzusunda elmi seminar keçirmişdir. Seminarın əsas məqsədi Qarabağ bölgəsinin tarixi şəhər mühitində formalaşmış ənənəvi yaşayış evlərinin memarlıq-planlaşdırma xüsusiyyətlərini və tipoloji təsnifatını araşdırmaq olmuşdur. Tədbir zamanı bölgənin təbii-iqlim şəraiti, relyefi və sosial-mədəni amillərinin evlərin həcm-məkan quruluşuna təsiri elmi əsaslarla təhlil edilmişdir. Xüsusilə Şuşa, Ağdam, Füzuli və digər tarixi yaşayış məntəqələrinə xas olan həyətli, eyvanlı və çoxmərtəbəli yaşayış binalarının konstruktiv həlləri diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda, bu tikililərdə istifadə olunan yerli inşaat materialları və bədii-dekorativ elementlərin özünəməxsusluğu nümunələr əsasında izah edilmişdir. Seminar iştirakçıları ilə Qarabağın ənənəvi memarlıq irsinin qorunması və müasir şəhərsalma proseslərində tətbiqi imkanları ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır. Tədbir mövzu ilə bağlı elmi sualların cavablandırılması və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi ilə yekunlaşmışdır.