“ZƏFƏR TARİXİ” ADLI GÖRÜŞ
Şamaxı regional “ASAN xidmət” mərkəzində Bakı Dövlət Universitetinin Tarix fakultəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc xanım Qasımova ilə “Zəfər tarixi” adlı görüş keçirilmişdir.
Görüş zamanı Şanlı Zəfər tariximizə gedən yola nəzər salınmışdır, bu yolda xüsusi xidməti olan şəxsiyyətlərin həyatına diqqət çəkilmişdir. Ümimmilli Lider Heydər Əliyevin bu yoldakı apardığı mübarizə, diplomatik səyi və yaratdığı məktəb barəsində müzakirə aparılmışdır. Eyni zamanda, ərazi bütovlüyümüzün azadlığı uğrunda Dəmir Yumruq siyasəti ilə dünya ölkələrinə Azərbaycan həqiqətlərini çatdıran Ali Baş Komandan cənab İlham Əliyevin şanlı zəfərindən geniş bəhs olunmuşdur.