Zəfər paradının 4-cü ildönümünə həsr olunmuş “Barıt qoxulu yollar” adlı tədbir keçirilmişdir.
04.12.2024 tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən İstiqlal klubun təşkilatçılığı ilə Zəfər paradının 4-cü ildönümünə həsr olunmuş “Barıt qoxulu yollar” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş və Ümummilli liderimiz Heydər Əliyev və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. İlk çıxış üçün söz Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət elmləri üzrə) kafedrasının müdiri Mehman Abdullayevə verilmişdir. O öz çıxışında bildirmişdir ki, Azərbaycan 44 Günlük müharibədə və anti-terror əməliyyatında düşmənə diz çökdürməyi bacarmış və tarixdən heç vaxt silinməyəcək bir zəfərə imza atmışdır. Həmin zəfərin qeyd olunması üçün isə 10 dekabr 2020-ci ildə Azadlıq meydanında Zəfər paradının keçirilməsindən 4 il ötdüyünü vurğulayaraq bildirmişdir ki, Zəfər paradı Azərbaycan tarixinin şanlı qələbəsinin göstəricisidir. Daha sonra isə Mehman Abdullayevin özünün müəllifi olduğu "Azərbaycan tarixi" (hər üç dildə–azərbaycan, ingilis, rus) və “Zəfərə aparan yol” kitabının təqdimatı baş tutmuşdur. Növbəti olaraq söz Bakı Dövlət Universitetinin Tarix fakültəsinin lll kurs tələbəsi Aytac İsmayılovaya verilmişdir. O öz çıxışında Zəfər paradının Azərbaycan xalqının tarixində müsbət mənada dərin iz buraxdığını, Azərbaycan-Türkiyə qardaşlığının əbədi və möhkəm dayanıqlı əsaslara söykəndiyini bildirmiş və məğlub edilmiş düşmənin ələ keçirilmiş qənimətlərinin də Zəfər paradında nümayiş etdirildiyini qeyd etmişdir. Daha sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinin ll kurs tələbəsi Fidan Cəfərli tərəfindən “Vətən” şeiri səsləndirilmişdir. Onun ardınca isə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin lll kurs tələbəsi Əsgərova Səbinənin səsləndirdiyi “Bayraq”şeirinin sədaları altında Üçrəngli bayrağımız səhnəyə gətirilmişdir. Növbəti olaraq Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri tərəfindən hazırlanmış rəqs nümayiş etdirilmişdir. Daha sonra isə Bakı Dövlət Universitetinin tələbələri tərəfindən “Cənab Leytenant” mahnısı ifa olunmuşdur. Son olaraq isə Zəfər paradına həsr olunmuş videoçarx təqdim olunmuş və tədbir bununla da başa çatmışdır.