Xocalı facisəninin 31-ci ildönümünə tədbir
24.02.2023-cü il tarixindı Bakı Dövlət Universitetinin Tarix fakültəsində Xocalı facisəninin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan respublikasının dövlət himni ilə başlayıb daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov Xocalı faciəsinin tariximizdə açdığı dərin yaralardan danışıb. Daha sonra söz Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Məmmədağa Baxışova verilib. Məmmədağa Baxışov Xocalı faciəsinin tarixi, baş vermə şəraiti barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən Tarix fakültəsinin laborantı Anar Cəfərov xalqımızın Xocalı facisəni heç vaxt unutmayacağını, öz qan yaddaşını daim xatırlayacağını bildirib. Öz çıxışı zamanı Tarix fakültəsinin 3-cü kurs tələbəsi Zöhrab Cavadzadə ermənilərin tarix boyu azərbaycanlılara qarşı yürütdüyü zorakılıq siyasətindən danışıb, erməni vandallarından qisasın "44 günlük Vətən Müharibəsibəsi"ndən sonra qəhrəman əsgərlərimiz tərəfindən alındığını deyib. Sonra isə Tarix fakültəsinin 2-ci kurs tələbəsi Sərkərova Leyla Xocalı faciəsinə həsr etdiyi şeirini səsləndirib. Sonda video-çarx nümayiş etdirilib.