Ural universitetinin nümayəndəsi tarix fakültəsinin əməkdaşları ilə görüşüb
15.12.2023-cü ildə B.N.Yeltsin adına Ural Federal Universitetinin, Ural Humanitar İnstitunun elmi işlər üzrə şöbəsinin müdiri Zaparii Yuliya Vladimirova Bakı Dövlət Universitetinin Tarix fakültəsinin qonağı olmuşdur. Yuliya Vladimirova fakültənin, kafedraların, elmi hissənin və tyutorların işi ilə tanış olmuş və müəllimlərlə görüşmüşdür. Görüş zamanı kafedraların tarixi, müəllimlərin çap olunmuş əsərləri ilə tanış olmuşdur. Görüşdə Zaparii Yuliya Vladimirova Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova və kafedra müdirləri ilə gələcək əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparmış, elektron ünvanlarının mübadiləsini edib, əlaqə saxlamaq üçün zəmin yaratmışlar. Slavyan ölkələri tarixi kafedrasında hərtərəfli söhbət aparılmış, gələcəkdə fakültə əməkdaşları tərəfindən yazılan məqalələrin Ural Federal Universitetinin elmi jurnallarında çap olunması və birgə elmi seminar, konfransların keçirilməsi ilə bağlı razılığa gəlindi. Zaparii Yuliya Vladimirova vətəninə qayıdandan sonra bir neçə elmi jurnallın linklərini fakültəyə göndərib və gələcəkdə fakültədə yazılan əsərlərin həmin jurnallarda çap olunmasına ümid edirik. Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayevə Universitetdə çıxan elmi jurnalların birində redaksiya heyətinin üzvü olması təklif olunub. Gələcəkdə Ural Federal Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan tələbə icması ilə əlaqələrimizin genişlənməsini ümid edirik və əminik ki, Ural Federal Universiteti ilə əlaqələrimiz daha da genişlənəcək.