"Ümummilli liderin 101-ci ildönümünə həsr olunmuş Poeziya Günü" adlı tədbir keçirilmişdir.
BDU Tarix fakültəsinin təşkilatçılığı ilə 16.05.2024 tarixində "Ümummilli liderin 101-ci ildönümünə həsr olunmuş Poeziya Günü" adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib, ardınca isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edilmişdir.
Bundan sonra Tarix fakültəsinin dekanı professor Zeynalov İbrahim öz çıxışında Ulu Öndərimizin Azərbaycan tarixindəki əvəzolunmaz rolundan, onun gəncliyə, təhsilə, incəsənətə və inkişafımız üçün gərəkli bütün sahələrə olan diqqətindən bəhs etmişdir.
Sonra isə Tarix fakültəsinin tələbələri Tarix fakültəsinin nəzdində İstiqlal klubunun üzvləri– Gülarə Mehdizadə, Şükürova Rəksanə, Həsənov Məhəmməd, Əlizadə Kənan, Mehdizadə Röya Ulu Öndər Heydər Əliyev haqqında müxtəlif şeir və məruzələr səsləndirmiş, Fətiyeva Ləman isə Ümummilli liderimizə həsr olunmuş "Heydər Xalqım deyəcək" mahnısını ifa etmişdir.
Daha sonra Tarix fakültəsinin tələbələri– Rəvan İsgəndərli, Sücəddin Muradov, Babayeva Ruqiyyə, Camalzadə Fərid, Həsənov Məhəmməd, Arzu Baxşıyeva Şəhidlərimizə həsr olunan səhnəcik təqdim etmişdirlər.
Sonda isə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.