Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Xatirələrdə yaşayan Lider" adlı tədbir keçirilib.
"BDU könüllüləri" təşkilatının Tarix və Biologiya fakültələrinin birgə əmakdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Xatirələrdə yaşayan Lider" adlı tədbir keçirilib. Tədbir Tarix fakültəsi könüllülərinin sədri Vüsal Qaflanovun çıxışı ilə açıq elan edilib. Daha sonra isə çıxış üçün söz Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarix üzrə elmlər doktoru və dosent Tarix Dostıyevə verilib. O, öz çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən SSRİ hakimiyyətində olan Azərbaycan Respublikası üçün gördüyü işlər, onun həyat yolu, Azərbaycanın tarixi mədəniyyəti, arxeoloji ekspedisiyaların sistemli fəaliyyət göstərməsi, maddi texniki bazanın güclənməsi, meteoroloji laboratoriyaların təşkil olunması, Azərbaycan arxeologiyasının Qafqazda necə mövqe tutduğu üçün gördüyü işlər, Azərbaycan arxeologiyası və etnoqrafiyasının çapa çıxması, Radiolakasiya stansiyanın tikilməsi üçün görülən səhv layihələrə verdiyi cəzalar barəsində geniş məlumat verib. Daha sonra Tarix fakültəsinin könüllülər üzrə sədri Vüsal Qaflanov Ümummilli Lider Heydər Əliyevin 1-ci və 2-ci hakimiyyət dövrləri haqqında auditoriyaya məlumat verib. Tədbirin sonunda isə Biologiya fakültəsinin könüllülər üzrə sədri Nadir Nadirli öz sırasında Ümumilli Liderin gənclər siyasətindən bəhs edib, bu gün də gənclərin inkişafına fokuslanan dövlət xəttinin davam etdiyini bildirib.