Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ölməz Lider” adlı tədbir keçirilib
-lg.jpg)
keçirilib
11.12.2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsi nəzdində fəaliyyət göstərən İstiqlal klubu və Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ölməz Lider” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib, Ulu öndər və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca Tarix fakültəsinin tələbəsi Nərgiz Əkbərovanın Ulu öndərin anım gününə həsr olunmuş hazırladığı videoçarx nümayiş etdirilib. Daha sonra isə çıxış üçün söz Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin dekanı İbrahim Zeynalova verilib və o öz çıxışında bildirib ki, mən fəxr edirəm ki, Ulu öndərin məzun olduğu fakültənin tələbəsi olmuşam və bu gün də burda fəaliyyətimi davam etdirirəm. Növbəti olaraq Qədim dünya tarixi və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudov çıxış edərək bildirib ki, Heydər Əliyev o qədər dahi şəxsiyyət idi ki, onu sözlərlə ifadə etmək mümkün deyil. Ardınca Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev öz nitqində bildirib ki, Ümummilli liderimiz gözəl siyasətçi olmaqla yanaşı, həm də incəsənətə dərindən bağlı və ona dəyər verən insan idi. Daha sonra isə Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin tələbələri-Dilruba Hidayətli, Fuad Nağızadə, Zəhra Hüseynli, Nigar Əsgərzadə müxtəlif şeir və mahnılar ifa ediblər.