Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Baxışov Məmmədağa Ələkbər oğlu Bakı Yol Polisi İdarəsində keçirilən tədbirdə iştirak etmişdir.
Avropa və Amerika ölkələrinin Yeni və müasir tarixi kafedrasının dosenti t.ü.f.d. Baxışov Məmmədağa Ələkbər oğlu 12.12.2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Bakı Yol Polisi İdarəsində keçirilən tədbirdə “Yeni Dünya nizamının formalaşması dövründə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının diplomatiyası” mövzusunda çıxış etmişdir.
Məruzədə beynəlxalq münasibətlərin inkişafında keçid dövrünün xüsusiyyətlərinə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıtmasının zəruriliyinə, onun rəhbərliyi altında hazırlanmış xarici siyasət proqramının məzmununa, Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərinə və diplomatik fəaliyyətlərinin yekunlarına xüsusi diqqət yetirilmişdir.