Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” adlı tədbir keçirilib.
08.05.2025 tarixində BDU-nun Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən İstiqlal klubunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himni ilə tədbir açıq elan edilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra BDU-nun Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov çıxış edərək xalqımızın milli lideri Heydər Əliyevin gənclər siyasətindən, onun bu fakültədəki təhsil həyatından məlumat verib. Növbəti olaraq Tarix fakültəsinin lll kurs tələbəsi Gülarə Mehdizadəyə söz verilib və o qeyd edib ki, bu gün həm də Şuşa şəhərinin işğalından 33 il ötür, ancaq cənab prezident İlham Əliyevin rəşadətli siyasəti nəticəsində bu gün biz azad Şuşada, azad Qarabağdayıq. Ardınca Tarix fakültəsinin ll kurs tələbəsi Fidan Cəfərli “Şuşanın dağları” rəqsini ifa edib. Növbəti olaraq Tarix fakültəsinin lll kurs tələbəsi Sərkərova Leyla Ulu öndərimizə həsr olunmuş “Sənin yerin görünəcək” adlı şeiri səsləndirib. Mədəniyyət sahəsindəki islahatları saysız-hesabsız olan Ümummilli liderimizin 102-ci ildönümünə həsr olunmuş bu tədbirdə Tarix fakültəsinin lll kurs tələbələri Gülarə Mehdizadə və Röya Mehdizadə Qarabağ mahnısını, daha sonra isə Gülarə Mehdizadə Heydər Əliyevin sevdiyi mahnılar silsiləsinə daxil olan “Ala gözlüm (Neyləyim)” mahnısını ifa edib. Ardınca Tarix fakültəsi tələbələrinin hazırladığı “Dədəm Qorqud dilindən Heydər Əliyev” adlı videoçarx təqdim edilib. Son olaraq isə Lin-orph klubunun üzvü Ülvi Şirinov və İstqilal klubunun üzvləri birlikdə “Torpağın səsi” adlı mahnını ifa ediblər və tədbir bununla da yekunlaşıb.