Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Əbədi müstəqilliyimizin banisi: Heydər Əliyev" adlı tədbir keçirilib.
"BDU Könüllüləri" və Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Əbədi müstəqilliyimizin banisi: Heydər Əliyev" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dekanı İbrahim Zeynalov və Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqımızın xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş Ulu Öndərin doğma Vətən və xalq qarşısında xidmətləri misilsizdir.
Daha sonra BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Sosial məsələlər üzrə dekan müavini, dosent Kənan Vəkilov və "Azərbaycan dilçiliyi" kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor İlhamə Hacıyeva müstəqil Azərbaycan xarici siyasətində Heydər Əliyev xətti, Heydər Əliyevin ədəbi mühitə marağı, böyük sənət və ədəbiyyat sevgisi kimi mövzulardan danışıblar.
Tədbirin bədii hissəsində Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi və "Lin-orph" musiqi qrupunun üzvünün ifası yer alıb.