Türkmənistan Dövlət Universitetinin və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda universitetlərarası elmi konfrans keçirilmişdir
31 may 2021-ci ildə Türkmənistan Dövlət Universitetinin (TDU) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Махтумкули Фраги и духовно - культурные взаимосвязи между туркменским и азербайджанскими народами” (Mahtumquli Firaki və türkmən və azərbaycan xalqları arasında mədəni - mənəvi əlaqələr) mövzusunda onlayn formatda universitetlərarası elmi konfrans keçirilmişdir. Türkmənistan Dövlət Universitetinin Elmi hissənin müdiri Murad Xodjakuliyevin moderatorluğu ilə keçirilən görüşdə Türkmən ədəbiyyatı kafedrasının müdiri, f.ü.f.d., dosent Amannepes Şixnepesov, Xarici ədəbiyyat kafedrasının müdiri f.ü.f.d., dosent Romanquli Mustaqov, Arxeologiya və etnoqrafiya kafedrasının baş müəllimi, t.ü.f.d. Bikə Divanqulıyeva, BDU-nun əməkdaşlarından Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Arxeologiya və etnoqrafiya kafedrasıının müəllimləri, t.e.d. Tarix Dostiyev, t.ü.f.d. Qanira Pirquliyeva iştirak etdilər.
Rus dilində zoom proqramı üzərindən təşkil olunan konfransda TDU-nun Türkmən ədəbiyyatı kafedrasının müdiri, f.ü.f.d., dosent Amannepes Şixnepesov “Махтумкули - создатель нового поэтического дискурса”, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasıının müəllimi, t.e.d. Tarix Dostiye “Общие черты в культуре Азербайджана и Туркменистана в эпоху Низами Гянджеви”, TDU-nun Xarici ədəbiyyat kafedrasının müdiri f.ü.f.d., dosent Romanquli Mustaqov “Махтумкули и туркмено-азербайджанские литературные связи”, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının baş müəllimi, t.ü.f.d., dosent Qanira Pirquliyeva “Взаимоотношения между Парфией и Кавказской Албании в контексте нумизматических находок”, TDU-nun Arxeologiya və etnoqrafiya kafedrasıının müəllimi, t.ü.f.d. Bikə Divanqulıyeva “Общность материально-духовной культуры туркменского и азербайджанского народов” mövzusunda məruzələrlə çıxış etdikdən sonra müzakirələr başlandı.
Müzakirələrdə hər iki universitet arasında gələcək elmi əlaqələrin perspektivlərindən danışıldı. Nəzəri - praktiki əməkdaşlıqla bağlı təkliflər verildi, bakalavr və magistr səviyyəsində tələbə mübadiləsi, ikili diplomların verilməsi, gələcəkdə ali təhsilin bütün səviyyələri üzrə elmi əlaqələrin genişləndirilməsi kimi məsələlərə diqqət yetirilidi. BDU – nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov qarşılıqlı əməkdaşlıq üçün təkliflər paketinin hazırlanması və gələcək elmi-təcrübi araşdırmaların aparılması üçün BDU-nun mümkün köməklik etməyə hazır olduğunu bildirdi. Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova Türkmənistan Dövlət Universiteti ilə tarix üzrə müştərək elmi tədqiqat işlərinin və kitabların yazılması, birgə elmi layihələrin keçirilməsinin mümkünlüyünü bildirdi və Tarix fakültəsinin buna hazır olduğunu bildirdi.
Müzakirələrin sonunda qərara alındı ki, qarşılıqlı əlaqələrin reallaşdırılması üçün yenidən görüş keçirilsin və hər iki tərəf perspektivli təkliflər paketi hazırlayıb onların mümkün qədər qısa müddətdə həyata keçirilməsinə çalışsınlar. Zoom proqramı üzərindən keçirilən görüş maraqlı müzakirələrlə yadda qaldı.