TARİX FAKÜLTƏSİNİN MAGİSTRANTI MAGİSTRANTLARIN 2. BEYNƏLXALQ KONFRANSINDA İŞTİRAK EDİB
12-14 may 2022-ci il tarixində Türkiyənin Van Yüzüncü İl Universitetinin 40 illik yubiley tədbirləri çərçivəsində Universitetin Sosial Elmlər İnstitutu, Qazaxıstanın Atırau Dövlət Universiteti və Fəlsəfə, Siyasi Elmlər və Dinşünaslıq İnstitutunun ev sahibliyi ilə “Magistrantların 2. Beynəlxalq Sosial Elmlər Kongresi” keçirilmişdir. Kongresdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, İraq və Yaxın Şərq ölkələri universitetlərindən 180 tələbə iştirak etmişdir.
Covid-19 səbəbi ilə hibrid formada keçirilən kongresdə Bakı Dövlət Universitetinin Tarix fakültəsindən “Türk Dünyası tarixi” üzrə I kurs magistrantı Elşad Quliyev “S.Hantington’un “Medeniyetler Çütışması ve Dünya Düzeninin Yeniden Kurulması” Adlı Eserinde Türk Jeopolotiği” mövzusunda məruzə ilə iştirak etmiş və konfransda iştirakına görə sertifikatla təltif edilmişdir.
Konfransın materialları iyun ayında nəşr ediləcəkdir.