Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib
-lg.jpg)
Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən 10 oktyabr 2025-ci il tarixində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə birgə təşkil etdiyi “Özbəkistan-Azərbaycan: ədəbi əlaqələri və əməkdaşlığın perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Tədbirdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər. Konfransı Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva açaraq iki dövlət arasındakı əməkdaşlığın tarixindən danışıb, son illərdə bütün sahələrdə olduğu kimi mədəni-humanitar istiqamətdə də əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdırıb.
Tədbirdə daha sonra Özbəkistan Respublikası Millətlərarası münasibətlər və xaricdəki vətəndaşların məsələləri üzrə komitənin rəisi Qəhraman Sarıyev, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti Türkşünaslıq Tədqiqatları Mərkəzinin direktoru professor Cumali Şabanov, Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Minhojiddin Mirzə, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adhambek Alimbekov, Özbəkistan Yazıçılar İttifaqının üzvü Boboxon Muhammad Şarif, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Bədirxan Əhmədli, ADPU-nun professoru Könül Səmədova və b. məruzə ediblər. Bakı Dövlət Universitetinin dosenti Sevinc Ruintən konfransda “Müstəqillik illərində Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafında qardaşlaşmış şəhərlərin yeri və rolu” adlı məruzə ilə çıxış edib.
Konfransdan sonra Azərbaycan nümayəndə heyətinin Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru ilə, həmçinin universitetdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzində universitetin professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib.