Türk xalqları tarixi kafedrasında “Qərbi Azərbaycan tarixi Türk xalqları tarixinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi keçirilmişdir
-lg.jpg)
Aprelin 8-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində Türk xalqları tarixi kafedrasının təşkili ilə tarix üzrə fəlsəfə doktoru, AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramovun Qərbi Azərbaycan tarixi Türk xalqları tarixinin tərkib hissəsi kimi mövzusunda ustad dərsi keçirilmişdir.
Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verdikdən sonra C.Bəhramovun mühazirəsi dinlənilib. Ustad bildirib ki, Qərbi Azərbaycan tarixi Türk xalqları tarixindən ayrı şəkildə tədqiq oluna bilməz və bu ərazi əsrlər boyu türk etnosunun formalaşması, məskunlaşması və siyasi-mədəni proseslərində mühüm rol oynayıb. Ustad dərsdə tələbələrlə Qərbi Azərbaycan tarixinin müxtəlif problemləri müzakirə olunub, Cəbi Bəhramov ermənilərin Cənubi Qafqaza köçürülməsi, azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və Cümhuriyyət dövründə Qərbi Azərbaycan məsələləri haqda geniş izah verdi. Çıxışda qeyd olunub ki, Qərbi Azərbaycan tarixi təkcə regional deyil, ümumtürk tarixinin ayrılmaz hissəsi kimi öyrənilməli bu istiqamətdə elmi tədqiqatlar sistemli və kompleks yanaşma əsasında aparılmalıdır.
Dərsin sonunda bildirilib ki, Qərbi Azərbaycan tarixinin tədqiqi və öyrənilməsi Türk xalqlarının ortaq tarixi yaddaşının bərpası və tarixi həqiqətlərin daha dolğun şəkildə təqdim olunmasına xidmət edəcəkdir.