“Türk Dünyası gənc tədqiqatçılar dərnəyinin araşdırmaları” jurnalının 2021-ci il tarixli 5-ci sayı nəsr edilib
Jurnalın 5-ci sayı Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illik yubileyinə həsr edilib. Nəşr edilən 24 məqalədən 18-i bakalavr, 6-sı magistrant araşdırmasıdır. 18 bakalavrdan – 16 nəfəri Tarix fakültəsinin (11 nəfəri SABAH qrupu tələbəsi olmaqla), 1 nəfər BDU-nun və 1 nəfər Varşava Universitetinin (Polşa) Şərqşünaslıq fakültələrinin tələbəsidir. 6 magistrantdan – 3 nəfəri BDU-nun, digər 3 nəfəri isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantlarıdırlar. Tələbələrin elmi-tədqiqat işlərinə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, həmçinin Varşava Universitetinin Şərqşünaslıq fakültəsindən mütəxəssislər rəhbərlik etmişlər.
Qeyd edək ki, Bakı Dövlət Universiteti “Türk xalqları tarixi” kafedrasının 25 illik yubileyi münasibətilə 2017-ci ildən nəşrinə başlanmış “Araşdırmalar” kafedranın nəzdində fəaliyyət göstərən “Türk dünyası gənc tədqiqatçılar” dərnəyinin jurnalı olaraq təsis edilmişdir. Türk xalqları tarixi kafedrasının və Tarix fakültəsı Elmi Şurasının qərarları alınmaqla, ildə 1 sayı nəşr olunur. Jurnalda yalnız tələbə məqalələri nəşr edilir. Məqalələr 4 dildə qəbul edilir: Azərbaycan, türk, rus və ingilis dillərində. Jurnalda Türk dünyası gənc tədqiqatçılarının tarix üzrə araşdırmaları ilə bərabər, həm də ümumilikdə gənc tarixçi tələbələrin Türk dünyası ilə bağlı araşdırmaları dərc edilir.