“Türk dünyası gənc tədqiqatçılar dərnəyi” jurnalının I Türkoloji qurultayın 100 və Azərbaycanın dövlət müstəqilliyinin 35-ci ildönümlərinə həsr olunmuş 2-ci sayı nəşr edilib
-lg.jpg)
Tarix fakültəsində nəşr edilən “Türk dünyası gənc tədqiqatçılar dərnəyinin araşdırmaları” jurnalının I Türkoloji qurultayın 100 və Azərbaycanın dövlət müstəqilliyinin 35-ci ildönümlərinə həsr olunmuş 2026-cı ilə aid 2-ci sayı nəşr edilib. Jurnalda Bakı Dövlət Universitetinin Tarix və Beynəlxalq münasibətlər fakültələrinin, həmçinin Qarabağ Universitetinin bakalavr və magistrantlarının 28 məqaləsi yer alıb.
Qeyd edək ki, “Türk dünyası gənc tədqiqatçılar dərnəyinin araşdırmaları” jurnalının nəşrinə 2017-ci ildə Türk xalqları tarixi kafedrasının 25 illik yubiley tədbirləri çərçivəsində başlanılıb və kafedrada 2004-cü ildən fəaliyyət göstərən dərnəyin jurnalı olaraq nəşr edilir.