Tələbələr Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı, I və II Fəxri Xiyabanı ziyarət ediblər
26 Sentyabr 2023 10:49

Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin tələbələri 24.09.2023-cü il tarixində l və ll Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Tələbələr ilk öncə l Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevi, daha sonra isə Şəhidlər Xiyabanı və ll Fəxri Xiyabandakı şəhidlərimizi yad ediblər.
Qeyd edək ki, Bakı Dövlət Universiteti Tarix fakültəsi ll kurs tələbəsi Gülarə Mehdizadə və Bakı Dövlət Universiteti Tarix fakültəsi ll kurs tələbəsi Səbinə Əsgərova Türkiyənin televiziya kanalı olan CNN TÜRK-ə müsahibə verərək Qarabağdakı anti-terror əməliyyatı və Azərbaycan və Türkiyə Prezidentlərinin 25.09.2023 tarixində Naxçıvanda baş tutacaq görüşündən bəhs ediblər. Onlar Ali Baş Komandanımız Cənab İlham Əliyevə və Türkiyə Cümhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana güvəndiklərini, hər zamankı kimi Zəfər çalacağımıza inandıqlarını vurğulayıblar.
Daha sonra isə jurnalist Fulya Öztürk ilə xatirə fotosu çəkdiriblər.
Son XƏBƏRLƏR
09.04.2026 | 19:06
Tarix fakültəsinin dördüncü kurs tələbələri Heydər Əliyev Mərkəzində tədris təcrübəsi keçmişlər
08.04.2026 | 19:28
Türk xalqları tarixi kafedrasında “Qərbi Azərbaycan tarixi Türk xalqları tarixinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi keçirilmişdir
07.04.2026 | 19:02