Tələbə Tədqiqat Layihəsi çərçivəsində Milli Azərbaycan Tarix Muzeyinin direktoru, görkəmli tarixçi alim, akademik Nailə Vəlixanlı ilə görüşmüşlər.
Tarix fakultəsinin I kurs (ingilis bölməsi) Tİ021-ci qrupun tələbələri Azərbaycan tarixi (qədim dövr) kursu üzrə Tələbə Tədqiqat Layihəsi çərçivəsində Milli Azərbaycan Tarix Muzeyinin direktoru, görkəmli tarixçi alim, akademik Nailə Vəlixanlı ilə görüşmüşlər.
Tələbələr araşdırma layihəsi üçün “Azərbaycanda islam mədəniyyətinin və memarlığının yaranması: tarixi şərait və şərtlər” mövzusunu seçmiş və bununla bağlı xilafət dövrünün dəyərli tədqiqatçısı olan Nailə xanım Vəlixanlı ilə görüşmək qərarına gəlmişdilər. “Görəsən Nailə xanım görüşməyə razı olacaqmı və ya vaxt tapacaqmı?”- deyə tərəddüdlə düşünsək də, Nailə xanım tələbələrlə görüşməyə məmnuniyyətlə razılıq vermiş və oktyabrın 23-də Milli Azərbaycan Tarix Muzeyində görüş baş tutmuşdur. Görüş zamanı akademik N.Vəlixanlı tələbələrin suallarına cavab vermiş, onları mövzunun araşdırılması üçün istiqamətləndirmişdir.
Qeyd etmək lazımdır ki, bununla da tələbələt tarixi tədqiqat metodlarından biri olan şifahi tarix metodunu tətbiq etmiş oldular. Qarçıda isə Bakıda yerləşən islam memarlıq nümunələrini əyani olaraq incələmək qalır.
Fakultəmiz adından tələbələri elmi tədqiqata həvəsləndirən hörmətli akademik Nailə Vəlixanlıya dərin minnətdarlığımızı bildiririk.