“Tarixi-mədəni irsimiz və müasir cəmiyyət” adlı elmi seminar keçirilib.
-lg.jpg)
"BDU könüllüləri" təşkilatının Tarix fakültəsi üzrə könüllüləri və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə “Tarixi-mədəni irsimiz və müasir cəmiyyət” adlı elmi seminar keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova çıxış edərək Azərbaycanın zəngin tarixi-mədəni irsindən, bu irsin qorunması, gələcək nəsillərə ötürülməsi və cəmiyyətə aşılanmasının əhəmiyyətindən bəhs edib. O, həmçinin Qərbi Azərbaycanda yerləşən tarixi abidələr, eləcə də UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş abidələr haqqında da fikirlərini səsləndirib.