Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Gənc Arxeoloq” dərnəyinin elmi seminarı olmuşdur
-lg.jpg)
23.12.2025-ci il tarixində Bakı Dövlət Universitetinin, Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Gənc Arxeoloq” dərnəyinin elmi seminarı olmuşdur. Elmi seminarda AMEA Arxeologiya və Antropologiya institunun Neolit-Xalkolit dövrü arxeologiyası şöbəsinin müdiri, Azərbaycan- Almaniya Beynəlxalq arxeoloji ekspedisiyanın Azərbaycan tərəfdən rəhbəri, t.ü.f.d., dos. Xəqani Alməmmədovun “Qarabağın erkən əkinçilik mədəniyyəti (e.ə VI-IV minilliklər)” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə Qarabağın Neolit, Eneolit dövrünə aid arxeoloji abidələrinin tədqiqindən, son illərdə düzən Qarabağda aparılmış tədqiqatların, xüsusilə İsmayılbəytəpə, Canavartəpə, Leylatəpə, Lələtəpə yaşayış yerlərinin arxeoloji qazıntılarının elmi nəticələri diqqətə çatdırıldı. BDU Tarix fakültəsinin II kurs tələbəsi Maral Əlizadə 2025-ci ilin çöl tədqiqat mövsümündə Canavartəpə yaşayış yerinin arxeoloji qazıntılarında iştirak etməsi, ilkin arxeoloji bacarıqlar üçün bunun əhəmiyyəti haqqında məlumat verdi. Tədbirin sonunda arxeoloq Xəqani Alməmmmədov tələbə və müəllimlərin suallarını cavablandırdı.