Tarix fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə dördüncü kurs tələbələrinə tədris təcrübəsi keçirilir
-lg.jpg)
Tarix fakültəsinin bakalavriat səviyyəsinin Tarix müəllimliyi ixtisası üzrə əyani təhsilalma formasının Azərbaycan və rus bölmələrinin IV (dördüncü) kurs tələbələrinə tədris planına uyğun olaraq 2026-cı il fevral ayının 16-dan iyun ayının 12-dək aşağıda adları qeyd olunan Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində və liseylərində tədris təcrübəsi keçiriləcək.
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi
Hədəf STEAM lisey
53 nömrəli tam orta məktəb
176 nömrəli tam orta məktəb
225 nömrəli tam orta məktəb
Təcrübənin aktiv hissəsi iyun ayının 12-dək davam edəcəkdir. Təcrübənin sonunda tələbələr Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının nəzdində hesabat xarakterli referatlar təqdim edəcəklər.