Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının dosenti, t.ü.f.d. Sitarə Mustafayevanın açıq dərsi keçirilmişdir
-lg.jpg)
22 aprel 2026-cı il tarixində Slavyan ölkələri tarixi kafedrasının dosenti, t.ü.f.d. Sitarə Mustafayevanın açıq dərsi keçirilmişdir. Açıq dərs Regionşünaslıq (Qafqaz üzrə) ixtisası üzrə RQ075 qrupunun tələbələri üçün təşkil olunmuşdur.
Dərsin mövzusu “Qafqaz respublikaları SSRİ-də “yenidənqurma” (perestroyka) dövründə” olmuşdur. Məruzə zamanı müəllim tərəfindən SSRİ-də perestroyka siyasətinin mahiyyəti, onun Qafqaz respublikalarına təsiri, regionda baş verən siyasi, sosial-iqtisadi dəyişikliklər geniş şəkildə təhlil edilmişdir.
Dərs interaktiv formada təşkil olunmuş, tələbələr müzakirələrdə fəal iştirak etmiş, mövzu ətrafında suallar ünvanlamış və fikirlərini bölüşmüşlər. Açıq dərs iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.