Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasında “Tədrisdə problem mühazirələrinin tətbiqi və metodları” mövzusunda dəyirmi masa keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrası 20 fevral 2026-cı il tarixində “Tədrisdə problem mühazirələrinin tətbiqi və metodları” mövzusunda dəyirmi masa təşkil etmişdir. Dəyirmi masada Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev çıxış etmişdir. Onun çıxışı Azərbaycan tarixi fənninin tədrisi prosesində mühazirələrin problem qoyuluşunun aktuallığı mövzusuna həsr olunmuşdur. Azad müəllim tövsiyyə etmişdir ki, birinci kursda qeyri-tarix fakültələrində Azərbaycan tarixi dərslərinə ayrılmış saatların azlığı (45 saat) və tələbələrin orta məktəbdə Azərbaycan tarixinə yetərincə yiyələnməməsi səbəbindən mühazirələr problem qoyuluşu istiqamətində qurulmalı, seminar dərslərinin praktiki əhəmiyyətinə daha çox diqqət yetirilməlidir. Azad müəllim bildirdi ki, mühazirələrin problem qoyuluşu tələbələrdə keçilmiş mövzularda təkrarlanmaların qarşısını almaqla yanaşı, onların diqqətini daha vacib məsələlərin öyrənilməsinə yönəldəcək və fənnin tədrisinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Çıxışdan sonra dəyirmi masa ətrafında müzakirələr zamanı Slavyan ölkələri tarixi kafedrasının müdiri dosent Abutalıb Cəlilov, həmin kafedranın dosenti Sevda Hüseynova, professor Fazil Baxşəliyev, Asiya və Afrika tarixi kafedrasının müdiri dosent İqbal Ağayev fəal iştirak etmişlər.
Dəyirmi masa maraqlı müzakirələrlə yadda qalmışdır.