Beynəlxalq kongresdə iştirak
Tarix fakültəsinin “Türk Dünyası tarixi” üzrə I kurs magistrantları Elşad Quliyev və Ülfər Məmmədli, “Slavyan ölkələri tarixi” ixtisası üzrə I kurs magistrantı Balamirzə Məmmədli 21-23 may 2022-ci il tarixində Türkiyənin “Uluslararası Bilimler Akademisi” (UBAK) tərəfindən İzmir şəhərində keçirilən “Ege 5. Beynəlxalq Sosial Elmlər Kongresi”ndə iştirak ediblər. Məruzələri konfransın xülasə kitabında (IBSN : 978-625-8151-08-4) nəşr edilib
Elşad Quliyev. Ahıska türklərinin deportasiyası və nəticələri, s.16.
Ülfər Məmmədli. Milliyətçilik nədir, olumlu və olumsuz xüsusiyyətləri nələrdir?, s.18.
Magistrantlar hər üçü konfransda iştiraklarına və məruzə etdiklərinə görə sertifikatla təltif ediliblər.