Tarix fakültəsinin futbol komandası yarımfinal mərhələsində uğurlu çıxış edərək finala vəsiqə qazanması münasibətilə fakültə rəhbərliyi komanda üzvləri ilə görüş keçirib
-lg.jpg)
20.04.2026-cı il tarixində Tarix fakültəsinin futbol komandası yarımfinal mərhələsində uğurlu çıxış edərək finala vəsiqə qazanması münasibətilə fakültə rəhbərliyi komanda üzvləri ilə görüş keçirib. Görüş zamanı fakültənin dekanı komandanın göstərdiyi yüksək oyun, komanda ruhu və qələbə əzmi münasibətilə futbolçuları təbrik edib. O, qeyd edib ki, tələbələrin idman sahəsində əldə etdikləri nailiyyətlər fakültənin ictimai həyatında mühüm yer tutur və bu cür uğurlar gənclərin fəallığının bariz nümunəsidir. Dekan final mərhələsində də komandanın uğurla çıxış edəcəyinə inandığını bildirib və onlara tövsiyələrini verib. Komanda üzvləri göstərilən diqqət və dəstəyə görə təşəkkür edərək final oyununda da fakültəni layiqincə təmsil edəcəklərini vurğulayıblar. Sonda xatirə şəkli çəkdirilib və komandanın final oyununa hazırlıq prosesinə uğurlar arzulanıb.