Tarix fakültəsinin dördüncü kurs tələbələri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində tədris təcrübəsi keçmişlər
31 Mart 2026 20:06
-lg.jpg)
Tarix fakültəsinin Tarix ixtisası üzrə əyani təhsilalma formasının Azərbaycan, rus və ingilis bölmələrinin IV (dördüncü) kurs tələbələri mövcud tədris planına müvafiq olaraq 2026-cı il fevral ayının 16-dan mart ayının 31-dək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində tədris təcrübəsi keçmişlər. Tələbələr müvafiq olaraq aşağıda adları qeyd olunmuş strukturlarda aktiv təcrübə həyata keçirmişlər.
- Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA)
- Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi (ARDTA)
- Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (ARDƏIA)
- Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Sənədləri Arxivi (ARDETSA)
- Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (ARDKFSA)
- Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi (ARDSYA)
Təcrübənin sonunda tələbələr Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının nəzdində hesabat xarakterli referatlar təqdim etmişlər.
Son XƏBƏRLƏR
22.10.2026 | 17:33
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə “Ekskursiya” klubunun birgə təşkilatçılığı ilə İstiqlal Muzeyinə ekskursiya keçirilib
22.10.2026 | 17:26
BDU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib
09.10.2026 | 09:51
Tarix fakültəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Addım-addım Zəfərə…” adlı tədbir keçirilib
06.10.2026 | 20:52