TARİX FAKÜLTƏSİNDƏ “SSRİ-NİN YENİDƏNQURMA SİYASƏTİ VƏ AZƏRBAYCAN SSR” DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSİ KEÇİRİLMİŞDİR.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən Tarix elm sahəsi üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən ED 2.20 Dissertasiya Şurasının 12 fevral 2025-ci il tarixli iclasında Əzizova Rübabə Yasin qızının “SSRİ-nin yenidənqurma siyasəti və Azərbaycan SSR” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının doktorantı Əzizova Rübabə Yasin qızının elmi rəhbəri t.e.d., prof. Adil Baxşəliyevdir. İddiaçının opponentləri Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, t.e.d., prof. İradə Hüseynova, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri, t.e.d., prof. Qasım Hacıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi metodologiyası” kafedrasının dosenti, t.ü.f.d. Afaq Piriyeva olmuşdur.
Müdafiənin nəticəsi müsbət olmuşdur.