Tarix fakültəsində pedaqoji təcrübə ilə bağlı IV kurs tələbələri ilə görüş keçirilmişdir
-lg.jpg)
17 fevral 2026-cı il tarixində Tarix fakültəsində IV kurs tələbələrinin pedaqoji təcrübə prosesinə hazırlığı ilə bağlı görüş keçirilmişdir. Görüşdə Milli Məclisin elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov və fakültənin tədris işləri üzrə dekan müavini, t.ü.f.d. Aytən Abbasova-Quliyeva iştirak etmişdir.
Görüşdə Tarix fakültəsinin IV kurs Tarix müəllimliyi və Tarix ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan professor Anar İsgəndərov pedaqoji təcrübənin əhəmiyyəti, tələbələrin təhkim olunduqları ümumtəhsil müəssisələri, eləcə də həmin məktəblərdə riayət edilməli olan daxili nizam-intizam qaydaları barədə ətraflı məlumat vermişdir. O, təcrübəçi tələbələrə öz peşələrinə məsuliyyətlə yanaşmasının vacibliyini vurğulamış və onlara uğurlar arzulamışdır.
Daha sonra çıxış edən fakültənin dekanı, professor İbrahim Zeynalov pedaqoji təcrübənin təşkilati və metodiki tərəflərinə toxunmuş, təcrübə müddətində tələbələrin fəallıq, məsuliyyət və peşəkar davranış nümayiş etdirmələrinin önəmini qeyd etmişdir.
Sonda tədris işləri üzrə dekan müavini Aytən Abbasova-Quliyeva pedaqoji təcrübənin təşkili qaydaları, elmi rəhbərlərlə əməkdaşlıq prinsipləri, təcrübə cədvəli, davamiyyət məsələləri ilə bağlı ətraflı məlumat təqdim etmişdir.
Görüşün sonunda fakültə rəhbərliyi tələbələrə pedaqoji fəaliyyətlərində uğurlar arzuladılar.