Tarix fakültəsində növbəti Elmi seminar keçirildi
24 noyabr 2023-cü ildə saat 14:00-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində "XV-XVIII əsr Azərbaycan türk hökmdarlarının Gürcüstan siyasəti" mövzusunda elmi seminar keçirilmişdir.
Azərbaycan ərazisində hakimiyyətdə olmuş türk sülalələrinin xarici siyasətində Gürcüstan coğrafi ərazisi daim özəl yer tutmuşdur. Bu ilk növbədə bu bölgənin əlverişli strateji mövqeyi ilə bağlı idi. Zaman-zaman hökm sürən sülalələr Gürcüstan üzərində də hökmranlıq etmək üçün sərf etmişlər.Bəzən yürüşlərlə, bəzən siyasi diplomatik yolla Azərbaycan hökmdarları Gürcüstan ərazisini özünə tabe etməyə çalışmışlar. Bu siyasəti XI yüzilliklərdən XVIII yüzilliklərə qədər izlədikdə hər bir Azərbaycan hökmdarının tətbiq etdiyi metodlar fərqlənsə də, ümumi məqsəd və siyası düşüncənin eyni olduğu qənaətinə gəlinir.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev bildirdi ki, XV-XVIII əsrlər Azərbaycan dövlətinin hökümdarları gürcü çarlıqları ilə münasibətlərinin tarixi mahiyyətinin öyrənilməsi baxımından kafedramızın dosenti Ülviyyə İbrahimovanın "XV-XVIII əsr Azərbaycan türk hökmdarlarının Gürcüstan siyasəti" adlı mövzusu çox böyük elmi aktuallıq kəsb edir. Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti, Ülviyyə İbrahimova eyni adlı məruzə ilə çox məzmunlu çıxış etdi. O, çıxışında Baharlı, Bayandurlu və Səfəvilər sülaləsindən olan hökmdarların Gürcüstana yürüşləri və onların tarixi nəticələrini, farsdilli və gürcü qaynaqlarının verdiyi məlumatlar əsasında Azərbaycan hökmdarlarının Gürcüstan siyasətinin mahiyyətini müqayisəli şəkildə təhlil etdi. Seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru Sevda Süleymanova, dosent Yunis Nəsibov, müəllim Zəhra İslamova çıxış edərək məruzədə irəli sürülən məsələlərə öz münasibətini bildirdilər. Seminar iştirakçısı olan fakültə müəllimləri, magistrlar, laboratoriyanın elmi işçiləri XV-XVIII əsr Azərbaycan türk
hökmdarlarının Gürcüstan siyasəti haqqında elmi cəhətdən yaxşı əsaslandırılmış bilgilər əldə etdilər