Tarix fakültəsində elmi seminar keçirilib
27 may 2022-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tələbə Elmi cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi ilə bağlı “İSTİQLAL EŞQİLƏ” adlı elmi seminar keçirilib.
Elmi seminarı Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova açaraq Vətən tarixində Azərbaycan Xalq Cümhuriyyətinin və 44 günlük Vətən müharibəsində Azərbaycanın təcavüzkar Ermənistan üzərində Şanlı qələbəsinin yeri və rolu ilə bağlı tələbələrə məlumat verdi.
Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin rəhbəri, t.ü.f.d. Hicran Mahmudovanın moderatorluğu ilə keçən elmi seminarda “İSTİQLAL EŞQİLƏ” mövzusunu əhatə edən 4 məruzə dinlənildi.
Bakı Dövlət Universiteti, Tarix fakültəsinin II kurs tələbəsi Elvira Nuri “Fətətli xan Xoyski fəaliyyəti AXC dövründə”, II kurs tələbəsi Əfsanə Vəliyeva “Azərbaycanın İstiqlal Bəyannaməsi”, I kurs tələbəsi Həlilə Sadıqova “AXC dönəmində Parlament”, III kurs tələbəsi Aydan Əlizadə “AXC dövründə Milli mətbuat” mövzusunda məruzə etdilər.