TARİX FAKÜLTƏSİNDƏ “BÖYÜK SƏLCUQ İMPERİYASI DÖVRÜNDƏ AZƏRBAYCANDA DÖVLƏT İDARƏÇİLİK SİSTEMİ” DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSİ KEÇİRİLMİŞDİR.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən Tarix elm sahəsi üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən ED 2.20 Dissertasiya Şurasının 12 fevral 2025-ci il tarixli iclasında Həmidova Nigar Pirhan qızının “Böyük Səlcuq imperiyası dövründə Azərbaycanda dövlət idarəçilik sistemi” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının doktorantı Həmidova Nigar Pirhan qızının elmi rəhbəri t.e.d., prof. Zabil Bayramovdur. İddiaçının opponentləri Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professoru, t.e.d. Zeynal Həsənəliyev, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.e.d. Xeyirbəy Qasımov və Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müəllimi, t.ü.f.d. Nurlan Nəsirov olmuşdur.
Müdafiənin nəticəsi müsbət olmuşdur.