Tarix fakültəsində A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent İlqar Vahid oğlu Niftəliyevin ustad dərsi keçirilmişdir
-lg.jpg)
22 aprel 2026-cı il tarixində Slavyan ölkələri tarixi kafedrasının təşkilatçılığı ilə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent İlqar Vahid oğlu Niftəliyevin ustad dərsi keçirilmişdir. Ustad dərs Tarix ixtisası üzrə TM122, TM124 və TM126 qruplarının tələbələri üçün təşkil olunmuşdur.
Məruzənin mövzusu “XX əsrin 20–30-cu illərində Azərbaycan SSR-nin partiya-dövlət hakimiyyəti strukturlarında kadr siyasəti” olmuşdur. Məruzə zamanı həmin dövrdə Sovet hakimiyyətinin formalaşması şəraitində kadrların seçilməsi, yerləşdirilməsi və idarə olunması prinsipləri, partiya nəzarət mexanizmləri, eləcə də kadr siyasətinin siyasi proseslərə təsiri geniş şəkildə təhlil edilmişdir. Xüsusilə milli kadrların hazırlanması, mərkəzin təsir imkanları və repressiya amillərinin kadr siyasətində rolu diqqət mərkəzində olmuşdur.
Dərs interaktiv mühitdə keçirilmiş, tələbələr mövzu ətrafında fəal müzakirələr aparmış, suallar ünvanlamış və elmi diskussiyalarda iştirak etmişlər. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, ustad dərsin həm nəzəri, həm də praktik əhəmiyyəti yüksək qiymətləndirilmişdir.