TARİX FAKÜLTƏSİNDƏ “90-CI İLLƏRİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN RUSİYA-İRAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ” MÖVZUSUNDA DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSI KEÇİRİLMİŞDİR.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən Tarix elm sahəsi üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən ED 2.20 Dissertasiya Şurasının 28 yanvar 2025-ci il tarixli iclasında Səfərov Pərviz Şahin oğlunun 5503.02 – “Vətən tarixi” ixtisasında tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “90-cı illərin birinci yarısında Azərbaycan Rusiya - İran - Türkiyə münasibətlərində” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
ADPU-nun dosenti, t.ü.f.d. Pərviz Səfərovun elmi məsləhətçisi t.e.d., professor Oktay Sultanovdur. Müdafiə prosesində iddiaçının opponentlər BDU-nun Türk xalqları tarixi kafedrasının professoru, t.e.d., professor İsmayıl Məmmədov, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, t.e.d. Ədalət Qasımov, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, t.e.d. Havva Məmmədova və ADPU-nun Azərbaycan tarixi kafedrası, t.e.d., professor Xəqani Məmmədov olmuşdur.
Müdafiənin nəticəsi müsbət olmuşdur.