Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə fakültənin I kurs tələbələrinin Azərbaycan İstiqlal Muzeyində ekskursiyası baş tutmuşdur.
-lg.jpg)
22.10.2025 tarixində Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə fakültənin I kurs tələbələrinin Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş tədbir-sərgiyə və Çanaqqala Döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” Mobil Muzeyinə ekskursiyası baş tutmuşdur. Ekskursiyanın məqsədi tələbələrdə milli tarixə marağı artırmaq, azadlıq və qəhrəmanlıq ruhunu gücləndirmək, həmçinin Azərbaycanın və Türk dünyasının ortaq tarixinin daha dərindən öyrənilməsinə töhfə vermək olmuşdur. Tələbələr sərgi zamanı Çanaqqala döyüşlərinin tarixi barədə maraqlı məlumatlar əldə edib, dövrə aid fotolar və eksponatlarla tanış olublar. Sonda isə tələbələrə Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hədiyyələr verilmişdir Bu təşəbbüs gənclərin tarixə olan marağının artırılması və milli-mənəvi dəyərlərin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.