Tarix fakültəsi SABAH qrupu tələbələri beynəlxalq konfransda iştirak ediblər.
Bakı Dövlət Universitetinin Tarix fakültəsi SABAH qrupu tələbələri beynəlxalq konfransda iştirak ediblər.
SABAH qrupu “tarix müəllimi” ixtisası üzrə III kurs (qr.TM022S) tələbələri, BDU-nun SABAH qrupu müəllimi dosent Sevinc Ruintənin təklifi ilə “Türk dünyasının görkəmli şəxsləri” adlı panel təkşil edərək, “Academy Global Conferences & Journals” tərəfindən 10-12 may 2024-cü il tarixlərdə Türkiyənin Bursa şəhərində keçirilən 2. Beynəlxalq Sosial və Bəşəri Elmlər konqresində online formatda iştirak ediblər.
Tələbələrin məruzə etdiyi bölməyə moderatorluq edən dosent Sevinc Ruintən qeyd edib ki, hazırki panel müəyyən mənada 2010-cu ildən TÜRKSOY tərəfindən həyata keçirilməkdə olan “Anım illəri” layihəsinin davamı hesab edilə bilər. Belə ki, 2024-cü il Türk dünyasının görkəmli şəxsiyyətlərindən Əli bəy Hüseynzadənin doğumunun 160; Əhməd Ağaoğlunun doğumunun 155, vəfatının 85; Məhəmməd Əmin Rəsulzadənin doğumunun 140; Ziya Göyalpın vəfatının 100; Əlimərdan bəy Topçubaşovun vəfatının 90 illiyinə təsadüf edir. Bundan çıxış edərək konqresdə aşağıdakı mövzular ətrafında məruzələr edilib, müzakirələr aparılıb:
Aygül Məmmədli - “Türk dünyasının önəmli şəxsləri: Əli bəy Hüseynzadənin bütün türk yazı dili anlayışı haqqında”;
Bəyaz Namazova - “Atatürkün qadın haqları yönündəki islahatları”;
Güləzər Sadıqzadə - “Türk dünyasının görkəmli şəxsiyyətlərindən – Yusuf Akçura”;
Həlilə Sadıqova - “Türk dünyasının öndə gələn şəxsiyyətləri: Əhməd Ağaoğlunun “Üç mədəniyyət” anlayışı haqqında”;
Səbinə Ələkbərova - “Türk dünyasının önəmli şəxsləri: Məhəmməd Əmin Rəsulzadənin Türkiyəyə II mühacirəti haqqında”;
Şəhla Əhmədova - “Türk dünyasının görkəmli şəxsiyyətləri: Ziya Göyalpın “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” anlayışı haqqında”;
Zəka Əliyev - “Əlimərdan bəy Topçubaşovun Türk dünyasındakı rolu”;
Ümid Mikayılov - “Türk dünyasının görkəmli şəxsiyyətlərindən – Cəmaləddin Əfqani”.
Sonda tələbələr konqresdə iştiraklarına görə, dosent Sevinc Ruintən isə moderatorluğa görə sertifikatla təltif ediliblər.